AZ

"G7" ölkələri dondurulmuş Rusiya aktivləri ilə Kiyevə kömək etmək variantlarını araşdırır

Bakı. Trend:

ABŞ və onun "G7" üzrə müttəfiqləri Ukraynaya kömək etmək üçündondurulmuş Rusiya aktivlərinin təxminən 300 milyard dollarınıaçmaq imkanlarını araşdırmağa davam edir.

Trend-in məlumatına görə, bu barədə ABŞ maliyyə naziri CanetYellen bildirib.

ABŞ və digər "G7" ölkələrinin bu işi dəstəkləməkdə sarsılmazöhdəliyini vurğulayaraq, o, Konqresi Kiyevə lazımi hərbi və büdcəyardımının göstərilməsini dərhal təsdiqləməyə çağırıb.

"Bu, humanitar və mənəvi tələbdir", - deyə C.Yellen BeynəlxalqValyuta Fondu və Dünya Bankının Vaşinqtonda keçirilən iclaslarıçərçivəsində keçirilən mətbuat konfransında qeyd edib.

Seçilən
153
1
Mənbələr
Şərh ()
Bağla