AZ

Ovannisyan: “Paşinyan nə edəcəyini bilmir”

“Paşinyan nə edəcəyini bilmir. Bəs müxalifət nə etməlidir?”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Alternativ Layihələr” qrupunun üzvü Vahe Ovannisyan bildirib.

“Yazıları, mətnləri, yalanları, ittihamları bir kənara qoyaq. Sonda Nikolun parlamentin son, məlum iclasında nə dediyini və ya demək istədiyini başa düşmək lazımdır. Məhz bu, dövlət üçün önəmlidir. Nikol isə yalnız bir şey dedi: “Mən nə edəcəyimi bilmirəm”.

Aprelin 5-də o, Qərb tərəfindən “atıldı”, ondan əvvəl Rusiya ilə münasibətləri kəsildi, bundan əvvəl də Türkiyə onu “atdı” – Ərdoğanı təbrik etmək üçün səfər belə ona kömək etmədi. Azərbaycan yeni tələblər irəli sürür, yəni “sülh müqaviləsi” mövzusu da ortalığa qoyulub.

Ona görə də bu gün indiki dövlət başçısı sadəcə olaraq nə edəcəyini bilmir. Faciə ondadır ki, bu, onun şəxsi problemi deyil, xalqın problemidir.

Əslində, hakim partiyanın yalnız bir neçə adamı fironun qulu kimidir. “Mülki Müqavilə”nin üzvlərinin yerdə qalan 80 faizi artıq şübhə içindədir.

Tavuş hərəkatının mahiyyətini düzgün başa düşməliyik. Tavuş hərəkatı xarici təhlükələrə qarşı müqavimətlə bağlı deyil. Artıq partiyasızlığa çevrilmiş bu daxili müqavimət hərəkatı ləyaqət hissi və güclü nüfuz sahibi insanları birləşdirdi.

Amma biz imkan verməməliyik ki, Tavuş əvvəlcə mahnı yazmaq, televiziya çəkilişləri, cəsarətli çıxışlar meydanına, sonra isə birdən-birə, gözlənilmədən hərbi qarşıdurma meydanına çevrilsin. Tavuş, ölkənin faktiki “liderinin” bizi sürüklədiyi ciddi dövlət böhranı problemidir. Rəsmi İrəvan bəyan edib ki, bu kəndlər Azərbaycana məxsusdur və indi Bakının kozırı Nikolun sözləridir və bu sözlər indi Tavuş “üsyançılarını” hədələmək üçün istifadə olunur. Bu, ciddi böhrandır, siyasi problemdir, siyasi həll tələb edən problemdir. Tavuş problemi Ermənistanın problemidir və onun həlli İrəvanın mərkəzindədir.

Ölkənin birinci adamı deyəndə ki, “Mən daha nə etmək lazım olduğunu bilmirəm”, ondan fərqli olaraq, çox tez bir zamanda alternativ qüvvə formalaşmalıdır ki, bu da öz seçicisinə nə etmək lazım olduğunu göstərəcək. Bu, bütün müxalifətin ən mühüm işidir. Əks halda, biz fəlakət gözləyən bir kütləyə, daha da pisi, passiv ortağa çevriləcəyik.

Şəxsən mən yaxın vaxtlarda öz təkliflərimi bənd-bənd təqdim etməyə hazıram”, – deyə erməni politoloq fikrini yekunlaşdırıb.

Natiq Səlim,

KONKRET.az

 

Seçilən
139
Mənbələr
Şərh ()
Bağla