AZ

"Azərreyl" ilk oyunda qalib gəldi

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib. 

Bizim.Media xəbər verir ki, ilk matçlar çərçivəsində ikinci görüş baş tutub.

“Abşeron” “Murov Az Terminal”la qarşılaşıb və 3:1 hesabı ilə qələb qazanıb. İlk setdə “Murov Az Terminal” voleybolçuları uğur qazansalar da, meydan sahibləri geridönüş edə biliblər. "Abşeron" ardıcıl 3 setdə rəqibinə heç bir şans verməyib.
Qeyd edək ki, yarımfinal mərhələsinin bir gün əvvəl keçirilən ilk matçında “Azərreyl” “Gəncə”ni 3:0 hesabı ilə məğlub edib.

Yüksək Liqa, qadınlar

Yarımfinal, 1-ci oyun

16 aprel

18:00. “Abşeron” - “Murov Az Terminal” - 3:1 (24:26, 25:15, 25:19, 25:22)

GİN-in Voleybol Mərkəzi

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
119
11
Mənbələr
Şərh ()
Bağla