AZ

Ən seksual kişi dodaq boyası reklamında rol aldı

"People" jurnalının 2023-cü ildə yaşayan ən seksual kişisi kimi tanınan amerikalı aktyor və yarış sürücüsü Patrik Dempsi kosmetika reklamında rol alıb.


Sfera.az xəbər verir ki, müvafiq nəşr onun həyat yoldaşı, vizajist Jillian Dempseyin TikTok səhifəsində yerləşdirilib.
 

Yayımlanan videoda məşhur yaşıl köynək və ağ fermuarla bəzədilmiş qara pencəkdə görünüb. Belə ki, 58 yaşlı aktyor kamera qarşısında dodaq parıldadıcısının dörd çalarını nümayiş etdirib və yumoristik tərzdə hər birinin qısa təsvirini verib.
 

Pərəstişkarları bu videoya heyran qaldıqlarını bildiriblər.

İnci
sfera.az

Seçilən
128
Mənbələr
Şərh ()
Bağla