AZ

Azərbaycan millisi Gürcüstana yenə uduzdu

Azərbaycanın futzal millisi növbəti beynəlxalq yoldaşlıq oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Vitali Borisovun komandası Tbilisidə Gürcüstan yığması ilə qarşılaşıb.

Tibilisi İdman Sarayında keçirilən matç Gürcüstan millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu komandalar iki gün əvvəl də üz-üzə gəliblər və Azərbaycan millisi Gürcüstana 2:3 hesabı ilə uduzub.

Gürcüstan - Azərbaycan 2:1

Qol: Kənan Manafov, 29

Seçilən
128
Mənbələr
Şərh ()
Bağla