AZ

"Tramp qalib gəlməlidir"- Böyük Britaniyanın sabiq nazirindən MÖVQE

Böyük Britaniyanın keçmiş baş naziri Liz Trass bildirib ki, Donald Tramp ABŞ prezident seçkilərindən sonra Ağ Evdə olmalıdır.


Sfera.az xəbər verir ki, bu barədə "Politico" yazıb.


“Düşünmürəm ki, Bayden Böyük Britaniyaya qarşı xüsusi mehriban davranıb. Mənə elə gəlir ki, o, tez-tez Aİ-nin tərəfini tutur. Və mən əlbəttə ki, Ağ Evdə yeni prezidenti görmək istərdim”, - deyə Trass bildirib.


Ondan yeni prezidentin birbaşa Tramp olmalı olub-olmadığını soruşduqda, Truss cavab verib:"Bəli, o olmalıdır". Keçən il Trass “The Wall Street Journal”da “2024-cü ildə bir respublikaçı Ağ Evə qayıdacaq” ümidi ilə məqalə yazmışdı. Onun qənaətinə görə, respublikaçı namizədlər "demokratlardan daha çox Britaniyayönlüdür".

İnci

Seçilən
111
Mənbələr
Şərh ()
Bağla