AZ

Türkiyə şirkəti ABŞ-də artilleriya mərmilərinin istehsalı üzrə zavod inşa edəcək

“Türkiyə şirkəti Texasda 155 millimetrlik top mərmilərinin əhəmiyyətli hissəsini istehsal edəcək zavod tikməyə hazırlaşır”.
 
Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin yüksək rütbəli nümayəndəsi, demokrat Adam Smit (Vaşinqton ştatından) dinləmələrdə bildirib.
 
O qeyd edib ki, zavod ABŞ-nin döyüş sursatı məsələsində istehsal ehtiyaclarını ödəmək üçün kritik rol oynayacaq.
Lakin o, konkret hansı istehsal həcmlərindən söhbət getdiyini və bu planların icrasının hansı mərhələdə olduğunu açıqlamayıb.
 
Mənbə: TASS
Seçilən
54
1
Mənbələr
Şərh ()
Bağla