AZ

Bernardo Silva: “Real” bizdən intiqam almaq haqda düşünür”

“Mançester Siti”nin futbolçusu Bernardo Silva Çempionlar Liqasının yarımfinalında “Real”ı 4:0 hesabı ilə məğlub etdikləri oyunu yada salıb.

Arena.az xəbər verir ki, Portuqaliyadan olan futbolçu qitənin ən nüfuzlu klub turnirində yenidən rəqib olduqları bu komanda ilə növbəti qarşılaşma öncə bunları dilə gətirib:

“Məndə olan yeganə duyğu meydanda hər şeyi düzgün etdiyimizi hiss etməyimdir. Futbolda heç vaxt eyni oyun iki dəfə olmur. OOnlar yəqin ki, həmin oyunun qisasını almaq istəyirlər”, deyə Silva vurğulayıb.

Xatırladaq ki, sabah, aprelin 17-də İngiltərə klubu Avropanın ən mötəbər klub turnirinin 1/4 final mərhələsinin cavab oyununda “Real”la qarşılaşacaq. Bu komandaların Madrid şəhərində keçirilmiş ilk oyununda məhsuldar heç-heçə qeydə alınıb – 3:3.

Bu komandalar ötən mövsüm də Çempionlar Liqasının yarımfinalında üz-üzə glmişdilər. “Real”ın meydanında baş tutan ilk oyunda heç-heçə qeydə alınmışdı – 1:1. Cavab görüşündə isə ingilislər 4:0 hesabıyla qalib gələrək finala yüksəlmişdilər. Həlledici oyunda da İtaliya “İnter”inə 1:0 hesabıyla qalib gəlmiş “Mançester Siti” tarixində ilk dəfə UEFA Çempionlar Liqasını qazanmışdı.

Bernardo Silva “Benfika”nın yetirməsidir. 2014-cü ilin avqustunda “Monako”ya icarəyə verilmiş Silva 2015-ci ilin yanvarında tamhüquqlu əsasda knyazlıq klubuna transfer edilib. 2017-ci ilin iyulunda isə “Mançester Siti” 50 milyon avro müqabilində Bernardo Silvanı heyətinə qatıb. Silvanın “Mançester Siti” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Silva “Siti”nin heyətində bütün yarışlarda 40 oyuna 10 qol və 5 məhduldar ötürmə ilə fərqlənib. Silvanın “şəhərlilər”in heyətində çıxışının ümumi mənzərəsi belədir: 346 oyun, 65 qol, 61 məhsuldar ötürmə.

Bernardo Silva 2015-ci ilin martında debüt etdiyi Portuqaliya yığmasının heyətində 87 oyuna çıxıb, 11 qol vurub və 28 məhsuldar ötürmə verib. Silva Portuqaliya yığması ilə 2019 UEFA Millətlər Liqasının qalibi olub.

“Transfermarkt” internet-portalı 29 yaşlı portuqal hücumameylli yarımmüdafiəçnin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
91
24
Mənbələr
Şərh ()
Bağla