AZ

Narkotik vasitə, psixotrop maddə və onların prekursorları məhv edilib - FOTO

Aprelin 16-da Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və dövlət orqanlarının əməkdaşlarından ibarət komissiya üzvlərinin iştirakı ilə müsadirə olunmuş müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının məhv edilmə prosesi həyata keçirilib.

Avtosfer.az xəbər verir ki, tədbir zamanı Dövlət Gömrük Komitəsi tərəfindən 2023-cü il ərzində 12 məhkəmə hökmü üzrə qanunsuz dövriyyədən çıxarılan 327 kiloqram 522,147 qram müxtəlif xassəli narkotik vasitə (308 kq 499,755 qram heroin, 12 kq 402,84 qram tiryək, 5040,922 qram həşiş qətranı, 1479,93 qram marixuana, 98,7 qram kokain), habelə 35 həb Metadon20 və 200 ml Metadon məhlulu narkotik vasitəsi, 4,256 qram metamfetamin, 53 həb Alprazolam, 54 həb klonazepam, 27 həb Oksazepam, 973 həb MDMA və 469,4 qram MDMA-4en-PİNİCA psixotrop maddələri, 293 kapsul Preqobalin, 253 həb Qabapentin güclü təsiredici maddələri yandırılaraq məhv edilib.

Seçilən
110
Mənbələr
Şərh ()
Bağla