AZ

Çin Ukrayna üzrə bərabərhüquqlu sülh konfransının çağırılmasının tərəfdarıdır

Çin prezidenti Si Cinpin Almaniya kansleri Olaf Şolzla görüşündə bildirib ki, ÇXR Ukrayna böhranının həlli üçün həm Rusiya, həm də Ukrayna tərəfindən tanınan sülh konfransının çağırılmasının tərəfdarıdır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Çin bütün tərəflərin bərabər iştirakı və bütün sülh planlarının ədalətli müzakirəsi ilə həm Rusiya, həm də Ukrayna tərəfindən tanınan beynəlxalq sülh konfransının vaxtında çağırılmasını dəstəkləyir”, – Çin lideri bildirib.

O, həmçinin vurğulayıb ki, Çin böhranın sülh yolu ilə həllinə kömək etmək üçün bütün səyləri təşviq edir və dəstəkləyir.

Çin və Almaniya liderləri nüvə silahından istifadəyə və dinc nüvə obyektlərinə hücumlara qarşı olduqlarını qeyd ediblər.

Seçilən
100
Mənbələr
Şərh ()
Bağla