AZ

Netanyahu İsrailin İranın hücumuna necə cavab verməli olduğunu açıqlayıb

İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, İranın hücumuna cavab emosiyalara əsaslanmamalıdır.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərini Kan dövlət radiostansiyası sitat gətirib.

“Biz İrana cavab verəcəyik, lakin biz ağılla hərəkət etməliyik və emosiyalarla hərəkət etməməliyik. Bizi stresə saldıqları kimi onları da stresə salmaq lazımdır”, – deyə baş nazir bildirib.

Kan radiosu onu da bildirib ki, İsrail cavab addımı atacağı təqdirdə ABŞ-ni məlumatlandırmağı öhdəsinə götürüb.

Bundan əvvəl Netanyahu İranın bütün Yaxın Şərqi təhdid edən “tammiqyaslı təcavüz kampaniyası” apardığı barədə bəyanat yayıb.

Seçilən
97
Mənbələr
Şərh ()
Bağla