AZ

ABŞ İsraildən Rəfahla bağlı ətraflı plan almadığını bildirib

Bakı. Trend:

İsrail hələ də ABŞ-a Rəfah şəhərində hərbi əməliyyat keçirmək,eləcə də buradan dinc əhalini təxliyə etmək planı barədə ətraflıməlumat verməyib.

Trend-inməlumatına görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətininrəhbəri Metyu Miller brifinqdə deyib.

“Həm evakuasiya, həm humanitar mülahizələr, həm də hərbikomponent baxımından onların planları haqqında hələ də ətraflıməlumat almamışıq”, - deyə Miller bildirib.

Xatırladaq ki, martın 31-də İsrailin Baş naziri BenyaminNetanyahu Rəfahda hərbi əməliyyat planlarının təsdiqləndiyiniaçıqlayıb. Onun fikrincə, şəhərə girmədən və orada HƏMASbatalyonlarını məhv etmədən Qəzza zolağında münaqişədə qələbəolmayacaq.

Seçilən
68
15
Mənbələr
Şərh ()
Bağla