AZ

“Zenit” liderliyini möhkəmlətdi, Abaskal “Spartak”dan qovuldu - TURUN İCMALI

Tur “Spartak”ın sonuncu pillədəki “Soçi”yə uduzması ilə start götürdü.

“Football-plus.az” xəbər verir ki, Moskva nəhəngi o qədər qeyri-sabhit mövsüm keçirir ki, bu uğursuzluğu sürpriz adlandırmağa adamın dili gəlmir. Bu, Gilyermo Abaskalın “Spartak”ın başında keçirdiyi son oyun oldu. Gənc ispaniyalı mütəxəssisin Moskva sərgüzəştləri 674 gün davam etdi. Bu müddətdə “Spartak” 74 rəsmi oyundan 36 qələbə, 15 heç-heçə, 23 məğlubiyyətlə ayrıldı və titula həsrət qaldı. “Axmat”la “Baltika”nın oyununda gözlənilmədən hokkey hesabı qeydə alındı. Özü də qonaqların xeyrinə. Mövsümün ilk 11 səfər oyununda cəmi 4 qol vuran və buna qədər elitada rəqib meydanlarında 22 oyunluq qələbəsiz seriyaya malik olan “Baltika” bu dəfə bir hissədə 5 (!) qol vurdu. Nəticədə “Baltika” elitada tarixinin ən böyükhesablı qələbəsini, “Axmat” isə ən böyükhesablı məğlubiyyətini yaşadı.
Turun mərkəzi oyununda “Krasnodar” fasiləyə öndə yollanmaqla fanatlarını xeyli ümidləndirmişdi. Amma “Zenit” fasilədən sonra 2 qol vurmaqla növbəti dəfə Rusiyanın ən güclüsü olduğunu göstərdi. Piterlilər zirvədə xal fərqini artırdılar. Murad Musayevin “Krasnodar”ının isə evdəki rekord – 17 oyunluq məğlubiyyətsiz seriyası başa çatdı. Yeri gəlmişkən, Musayev “Krasnodar”ın başında premyer-liqada 93-cü oyununu keçirdi və bu göstəricidə Oleq Kononovu geridə qoyaraq klub tarixinin yeni rekordçusuna çevrildi. Moskva derbisində “Lokomotiv” əvvəlcə 1, sonra 2 top fərqi ilə önə keçsə də, ÇSKA xarakter göstərərək məğlubiyyətdən qurtuldu. Bir neçə həftə öncəyə qədər çempionluq mübarizəsində yer alan “Dinamo” böhrandan çıxa bilmir. Komanda 2022-nin oktyabrından bəri ilk dəfə ardıcıl 3-cü turdan xalsız ayrıldı. Qış fasiləsindən bu yana hələ ki premyer-liqanın ən yaxşı klubu “”Rostov”du. Bu tur səfərdə “Fakel”i məğlub edən Valeri Karpinin komandası son 15 mümkün xaldan 13-nü toplayıb.

24-cü tur
Krasnodar – Zenit 1:2
Olasa, 16 – Kassyerra, 47. Artur, 63.
Krasnodar: Safonov, Olusequn, Tormena, Alonso, Olasa, Spertsyan, Çernikov, Kastanyo (Krivtsov, 83), Kadi (Sa, 65), Batçi (Yektov, 88), Kordoba.
Zenit: Kerjakov, Karavayev (Yeroxin, 90+3), Yerakoviç, Nino, Alip (Artur, 46), Barrios, Santos, Mostovoy (Sergeyev, 79), Klaudinyo, Pedro (Mantuan, 79), Kassyerra (Rodriqao, 90+3).

Lokomotiv – ÇSKA 3:3
Samoşnikov, 44. Qluşenkov, 56. Fasson, 65 – Musayev, 53. Zabolotnı, 79. Aqapov, 86.
Lokomotiv: Lantratov, Nenaxov, Morozov, Fasson, Silyanov, Barinov, Karpukas (Mitay, 82), Pinyayev (Tiknizyan, 75), Samoşnikov, Mirançuk (Dzyuba, 75), Qluşenkov (Jemaletdinov, 82).
ÇSKA: Akinfeyev, Kellven (Zabolotnı, 78), Zdelar, Moyzes, Aqapov, Qayiç, Oblyakov, Mendes, Davila (Çalov, 54), Fayzullayev, Musayev.

Soçi – Spartak 1:0
Attiat-Allah, 76.
Spartak: Maksimenko, Xluseviç, Duarte, Babiç, Klassen (Tavareş, 79), Prutsev (Çernov, 87), Umyarov (Litvinov, 79), Bonqonda (Medina, 60), Zinkovski, Uqalde (İqnatov, 60), Sobolev.

Ural – Dinamo 2:1
Mişkiç, 10. Kaştanov, 90+5 – Tyukavin, 34.

Fakel – Rostov 0:1
Ronaldo, 83.

Krılya Sovetov – Rubin 2:0
Qorşkov, 9. Xubulov, 90+6.

Orenburq – Nijni Novqorod 3:1
Obuxov, 2. Adamov, 51. Marin, 87 – Boselli, 43.

Axmat – Baltika 1:7
Kovaçev, 75 – Enrikes, 4. Aleks, 8; 41; 84. Kovalyov, 10. Lisakoviç, 34. Kuzmin, 89.

1. Zenit 23 14 5 4 43-20 47
2. Krasnodar 23 12 7 4 36-23 43
3. Dinamo 23 10 8 5 36-31 38
4. ÇSKA 23 9 10 4 43-31 37
5. Lokomotiv 23 9 10 4 38-31 37
6. Krılya Sovetov 23 10 6 7 41-33 36
7. Spartak 23 10 5 8 29-28 35
8. Rostov 23 9 7 7 35-33 34
9. Rubin 23 9 5 9 20-29 33
10. Nijni Novqorod 23 8 4 11 21-26 28
11. Fakel 23 6 8 9 19-25 26
12. Orenburq 23 6 8 9 27-30 26
13. Ural 23 6 5 12 22-36 23
14. Baltika 23 5 5 13 21-27 20
15. Axmat 23 5 5 13 21-36 20
16. Soçi 23 4 6 13 24-37 18
Bombardirlər: Kassyerra (Zenit) – 16, Kordoba (Krasnodar) – 11, Tyukavin (Dinamo) – 10.

Növbəti turun oyunları aprelin 19-21-i aralığında keçiriləcək: Zenit – Orenburq, Rostov – Spartak, Krasnodar – Fakel, ÇSKA – Axmat, Soçi – Ural, Rubin – Lokomotiv, Baltika – Krılya Sovetov, Nijni Novqorod – Dinamo.

Oyundan sonra
Murad Musayev, “Krasnodar”ın baş məşqçisi:
“İlk yarıda yaxşı oynadıq. Pressinqimiz və tempimiz qaydasında idi. Amma fasilədən sonra çox geri çəkilməyə başladıq. Rəqibin oyunçularına xətlər arasında topu asanlıqla qəbul etməyə imkan verirdik. İlk yarıdakı qədər aqressiv deyildik. İki səhv bizə baha başa gəldi. Amma oyunçularımı günahlandıra bilmərəm. Onlar əlindən gələni etdi. Bu gün yeganə üzücü məqam nəticədi. “Zenit” yüksək səviyyəli komandadı və səhvləri bağışlamır. Biz eyni səhvləri əvvəlki oyunlarda da etmişdik. Amma həmin səhvlərə görə qollar buraxmamışdıq. Xal fərqi 4-ə yüksəlsə də, həvəsdən düşmək vaxtı deyil. Növbəti oyuna hazırlaşacağıq. Hakimlikdən razı qalmadım. Əvvəlcə sərt oyuna imkan verirdi. Amma sonradan hər xırda epizoda görə fit çalmağa başladı. Onun məntiqini tuta bilmədim”.

Sergey Semak, “Zenit”in baş məşqçisi:
“Rəqibin oyuna 3 mərkəz müdafiəçili sxemlə çıxması bizi təəccübləndirmədi. Buna hazır idik. Təəssüf ki, ilk qolu buraxan tərəf olduq. Özümüzü çətin duruma salsaq da, vəziyyəti düzəldə bildik. İnanılmaz fürsətlər yaxaladıq. Pedro, Mostovoy və Mantuan əlinə düşən gözəl fürsətləri dəyərləndirsəydi, sonluq bizim üçün daha sakit keçərdi. Hakimlik haqda danışmaq istəmirəm. Çünki ağzımı açan kimi cəza verəcəklər. Bilirəm ki, zirvədə olmağımız artıq bəzilərini bezdirib. Amma “Zenit” ildən-ilə oyunu ilə zirvədə olmağa layiq olduğunu göstərir. Çempionlıuq intriqasının ölməsi haqda deyilənlərlə qətiyyən razı deyiləm. Mən ÇSKA-da oynayarkən biz sona 2 tur qalmış 4 xallıq fərqi əldən vermişdik. İndi isə sona hələ 7 tur var”.
Seçilən
51
Mənbələr
Şərh ()
Bağla