AZ

Maşının arxasından çıxan armatur sürücünün başına dəydi - VİDEO

Yük daşıma qaydalarını pozan sürücü digər hərəkət iştirakçısına təhlükəli anlar yaşadıb. Avtosfer.az xəbər verir ki, 90-BO-284 qeydiyyat nişanlı "VAZ" markalı avtomobilin damında armatur aparan sürücü onu xüsusi lentlə işarələməyib. Yan tərəfdən yolu digər istiqamətə keçən motosiklet sürücüsü daşınan yük görmədiyi üçün armatura çırpılıb. Sürücü moto dəbilqədən istifadə etdiyi üçün hadisə xəsarətsiz ötüşüb.

"Yol hərəkəti haqqında" qanunun 57-ci maddəsində qeyd olunub ki, yük qabaq və ya arxa tərəfdən nəqliyyat vasitəsinin qabaritindən — qabarit işığının xarici kənarından 1 metrdən çox və ya yan tərəfdən 0,4 metrdən çox qırağa çıxdıqda “İri qabaritli yük” tanınma nişanı ilə işarələnməlidir.

 

Leyla

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla