AZ

Futzal: Millimiz gürcülərə ikinci oyunda da məğlub oldu

Gürcüstanda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq oyunu keçirib.

Arena.az xəbər verir ki, Vitali Borisovun çalışdırdığı komandamız Tiflis İdman Sarayında Gürcüstan millisi ilə qarşılaşıb.

İki gün əvvəl eyni məkanda keçirilmiş ilk oyunda millimiz bu rəqibinə 2:3 hesabıyla məğlub olmuşdu. Həmin oyunla müqayisədə Vitali Borisov bu dəfə “5-lik”də dəyişiklik etmişdi. “Çərçivə”də Emin Kürdov dayanırdısa, Amir, Kənan və Murad ilk saniyələrdən mübarizə aparırdılar. Rəqib də oyuna fərqli heyətlə başlamışdı.

Fasiləyə qədər komandaların cəhdləri nəticəsiz qalıb. İkinci hissədə təzyiqi artıran meydan sahibləri 23-cü dəqiqədə status-kvonu pozublar. Qoldan sonra azı 2 real epizodu əldən verən Kənan Manafov nəhayət 29-cu dəqiqədə rəqib torunu silkələyib. Bu Manafovun əsas millidə ilk qolu olub. Növbəti qol 37-ci dəqiqədə vurulub. Yenə meydan sahibi komanda fərqlənib. Beləcə, futzal yığmamız gürcülərə ikinci sınaq matçında da məğlub olub.

Yoldaşlıq oyunu
16 aprel

Gürcüstan – Azərbaycan 2:1
Qollar: Georgi Ghavtadze, 22:29. İrakli Todua, 36:46 – Kənan Manafov, 28:57.
Hakimlər: Zviad Bliadze, Qoça Taruashvili, Koba Revarişvili.
Tiflis İdman Sarayı. Saat 19:00.

Gürcüstan: 1. Zviadi Kupatatze (k), 5. Georgi Ghavtadze, 7. Şota Topuriya, 8. Vaxtanq Kekeliya, 11. Vaxtanqi Jvaraşveli, 12. Beka Tkemaladze, 13. Nikoloz Phakadze, 3. Beka Bekauri, 4. Georgi Çimakadze, 6. Janiko Georgiya, 9. İrakli Todua, 10. Ronald Mateus Da Silva, 17. Arçil Sebiskveradze, 18. Saba Tkeşelaşvili, 20. Otar Bereçikidze, 77. Jano Kravatsxeliya.
Baş məşqçi: Avtandil Asatiani.

Azərbaycan: 1. Emin Kürdov (k), 7. Xəzər Ağalızadə, 11. Əmir Şocaei, 14. Kənan Manafov, 17. Murad Quluzadə, 12. Rövşən Hüseynli, 4. Ülvi Əliyev, 5. İlham Alıyev, 6. Emil Həsənzadə, 8. Novruz Kazıxanov, 9. Fərid Atakişiyev, 10. Oktay Rüstəmli, 20. Tofiq Mikayılov.
Baş məşqçi: Vitali Borisov.

Seçilən
114
Mənbələr
Şərh ()
Bağla