AZ

Sürücü yol polisinin bu hərəkətini gizli videoya çəkib paylaşdı - VİDEO

Bakıda yol polisi ilə sürücü arasında olan dialoq sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, avtomobilin qeydiyyat nişanı çirkli olduğu üçün polis əməkdaşı sürücünü dayandırıb. Özünü təqdim etdikdən sonra saxlama səbəbini sürücüyə izah edən polis əməkdaşı humanistlik göstərərək xəbərdarlıqla kifayətlənib. Daha sonra isə sürücüyə qarşı xüsusi nəzakət göstərərək başqa bir probleminin olub-olmadığını soruşub.

Polis əməkdaşının bu cür yanaşması sosial şəbəkə izləyiciləri tərəfindən alqışla qarşılanıb.

 

Fərid

Seçilən
75
Mənbələr
Şərh ()
Bağla