AZ

Yüksək Liqa: “Murov” “Neftçi”ni yendi, “Abşeron”a uduzdu

Bu gün qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında (Yüksək Liqa) pley-off mərhələsində növbəti oyunlar keçirilib.

Arena.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan yarımfinal çərçivəsində ilk olaraq meydançaya kişilərdən ibarət “Murov” və “Neftçi” komandaları çıxıblar.

Maraqlı mübarizə şəraitində keçən görüşdə “Murov” 3:0 hesabı ilə qalib gəlib.

Növbəti qarşılaşma qadın voleybolçulardan ibarət “Murov” və “Abşeron” komandaları arasında olub. Gərginliyi ilə yadda qalan bu matçda “Abşeron”un 3:1 hesablı qələbəsi qeydə alınıb.

Bu komandalar arasında ikinci oyun aprelin 18-də keçiriləcək.

Reqlamentə əsasən yarımfinal mərhələsi iki qələbəyə qədər davam edəcək. İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (setlər də bərabər olarsa), finala vəsiqənin sahibi “qızıl set”də müəyyənləşəcək.

Qeyd edək ki, yarimfinalın növbəti oyunları sabah keçiriləcək.

Yüksək Liqa
Yarımfinal (birinci oyunlar)
16 aprel

Kişilər
“Murov” – “Neftçi” 3:0 (27:25, 25:19, 25:18)

Qadınlar
“Abşeron” – “Murov” 3:1 (24:26, 25:15, 25:19, 25:22)

Seçilən
70
2
Mənbələr
Şərh ()
Bağla