AZ

Dubayı sel basdı, Dubay Beynəlxalq Hava Limanı işini dayandıdı

Aprelin 16-na keçən gecə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yağan leysan yağışlar nəticəsində əsas magistral yolları su basıb.

Editor.az bildirir ki, bu barəddə AP xəbər verib. Təbii fəlakət ən çox Dubayı vurub, əmirlikdə yağıntının miqdarı 120 mm-dən çox olub. Yağış və güclü külək səbəbindən Dubay Beynəlxalq Hava Limanı uçuşları qəbul etmədiyini elan edib: “Qonaqları uçuşun statusu ilə bağlı ən son məlumatları almaq, hava limanına səyahət vaxtını əhəmiyyətli dərəcədə artırmaq və mümkün olduqda Dubay metrosundan istifadə etmək üçün birbaşa aviaşirkətlə əlaqə saxlamağa dəvət edirik”, – deyə hava limanının bəyanatında bildirilir.

Təxminən yarım saat əvvəl hava limanı fəaliyyətini tamamilə dayandırıb. Ölkə hakimiyyəti çərşənbə axşamı BƏƏ-də keçirilməsi planlaşdırılan bütün futbol matçlarını ləğv edib. Ölkədə təhsil müəssisələri bağlanıb, dövlət qulluqçuları və işçilər distant işə keçirilib. Fövqəladə Hallar İdarəsi yerli sakinlərə evlərində qalmağı tövsiyə edib. “Khaleej Times”ın məlumatına görə, hava şəraiti səbəbindən Dubayın iki metro stansiyası arasında qatarların hərəkəti dayandırılıb.

Şiddətli yağış səbəbindən şəhərin bəzi küçələrində hərəkət etmək mümkün deyil.

//Samir Qurbanov, Editor.az

 

Seçilən
93
Mənbələr
Şərh ()
Bağla