AZ

“AccessBank”-da vətəndaşların pulları hara YOXA ÇIXIR? – Şikayət, rüşvət və MƏNİMSƏMƏ – ŞOK FAKTLAR

Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) mühüm vəzifələrindən biri də maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarını müdafiə etməkdir. Bu istiqamətdə şəffaflığın artırılması məqsədi ilə bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksinin aylıq əsasda Mərkəzi Bankın rəsmi internet səhifəsində açıqlanması qərara alınıb.

2024-cü ilin fevral ayında Azərbaycanda ən çox şikayət edilən bank siyahısında ilk üçlükdə 2,55 indeksi ilə “AccesBank” QSC də seçilib. Yəni, fevral ayı üçün yuxarı şikayət indeksi siyahısında (hesablama nəticəsində əldə olunan orta göstəricidən yuxarı olan) “AccessBank” yer alıb. Ən çox şikayət edilən banklar siyahısında yüksək reytinqlərdən birində “AccesBank” QSC-nin qərarlaşması əslində heç də təsadüf deyil, çünki istər bizim redaksiyamız olsun, istərsədə də sosial şəbəkələrdə və KİV-də zaman-zaman bu bankın adının tez-tez müştəri narazılığı ilə hallandığının şahidi ola bilərik.

Araşdırma apardığımız zaman məlum olur ki, “AccesBank” son illər bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksinin ən çox olduğu banklar siyahısında ilk 5-likdən kənarlaşmır. Məlumata görə, ötən il – 2023-cü ilin oktyabr ayına bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksi və onun hesablama metodologiyası ilə bağlı ən çox şikayət olunan banklar sırasında da “AccesBank”-ın adını yuxarı pillələrdə görə bilərik.

Adı zaman-zaman müxtəlif qalmaqallarda və bir çox müştəri narazılığında hallanan “AccesBank” QSC-nin adı növbəti qalmaqalda hallanıb. Yaxın keçmişə nəzər salsaq, Həiqətən də, “AccesBank”la bağlı saysız-hesabsız şikayətlər ortaya çıxır.

NOCOMMENT.az Referans.az-a istinadən xəbər verir ki, 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayan qurum 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20 faiz), Beynəlxalq Maliyyə Korporasiyası (20 faiz), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20 faiz), Almaniyanın KfW Bankı (20 faiz), “AccessHolding” (16,53 faiz) və “LFS Financial Systems GmbH” şirkəti (3,47 faiz) çıxış edirdi.

Kredit bazarını ələ almaq üçün “AccessBank” daha çox yüksək faizli kiçik kreditlərlə daxil olmaq cəhətləri göstərib. Bununla bağlı məlumatlı mənbənin bildirdiyinə görə, bank rəhbərliyi bazara daxil olmaq və mənfəət əldə etmək niyyətini güdərkən düzgün kredit mədəniyyətinin yaranması və qorunub saxlanmasını fikirləşməyib. Bu da zaman ötdükcə vətəndaşlarda kreditlər və yatırılan investisiyalarla bağlı ciddi problemlərin yaranmasına səbəb olub.

“AccessBank”-da tək problem yatırılan pullar və kreditlərlə bağlı vətəndaşlara laqeyid yanaşmada deyil. Belə ki, sözügedən bankda müştərilərə göstərilən xidmət səviyyəsinin keyfiyyətinin aşağı olması da gözə çarpan amillərdən biridir.

Bir neçə gün əvvəl vətəndaş Mahir Əliyev “AccessBank”-dan şikayət edib. O, “AccessBank”-dan çox narazı qaldığını bildirib. Vətəndaş 1 saata yaxın növbə gözlədiyini, iş gününün bitməsinə 1 saat yarım qalmasına baxmayaraq onu növbənin çox olduğunu bəhanə edib geri göndərməyə çalışdıqlarını bildirib.

Məlumat üçün qeyd edək ki, bu xəbəri dərc etməklə müəssisənin işgüzar nüfuzunu zədələmək niyyətimizin olmadığını bir daha bəyan edir, “AccessBank” QSC-yə qarşı hər hansı qərəzli mövqeyimizin olmadığını vurğulayırıq.

Seçilən
148
50
Mənbələr
Şərh ()
Bağla