AZ

Britaniyadan gələn xəbər erməniləri qorxutdu – “290 milyon avroluq təhlükə”

Böyük Britaniyadan Ermənistana köçürüləcək qeyri-qanuni miqrantlar ölkə üçün ciddi problemlər yaradacaq.

Teleqraf.com xəbər verir ki, bunu erməni jurnalist Hasmik İsakyan deyib.

Jurnalist bununla bağlı London və İrəvan arasında gedən müzakirələrə diqqət çəkib:

“The Times” qəzeti sensasiyalı xəbər yayıb ki, London Britaniyadan deportasiya edilən qeyri-qanuni miqrantları qəbul etmək üçün Ermənistan da daxil olmaqla 4 ölkə ilə danışıqlar aparır.

Nəşr Britaniya Xarici İşlər Nazirliyindən sızdırılan məlumata istinadla bildirir ki, London bu məsələ ilə bağlı Botsvana, Fildişi Sahili, Kosta-Rika və Ermənistanla danışıqlar aparır. Ermənistanın bu sövdələşməyə görə 290 milyon avro alacağını gözlənilir.

KİV-in sorğusuna cavab olaraq Ermənistan Xarici İşlər Nazirliyi yalnız bəyan edib ki, Ermənistan və Britaniya arasında geniş siyasi dialoq gündəliyi var və nəşrdə qaldırılan konkret məsələ ilə bağlı heç bir substantiv və texniki danışıqlar aparılmayıb. Yəni erməni tərəfi Britaniya nəşrinin məlumatını nə təkzib, nə də təsdiq edir. Bu sövdələşmə həyata keçərsə, bunun Ermənistan üçün son dərəcə ağır nəticələri olacaq.

Hər il kasıb ölkələrdən on minlərlə miqrant, radikal dindarlar, təhsilsiz, təhlükəli və kriminal kütlə Britaniyaya can atır. İndi London bu insanların müraciətlərinə baxmaq üçün bir neçə ölkədə yerləşdirməyi təklif edir. Belə çıxır ki, artıq miqrasiya və demoqrafik problemi olan Ermənistan on minlərlə miqrantın yer aldığı bu təhlükəli kütləni qəbul edəcək, onları evləndirəcək, yedizdirəcək və saxlayacaq, bunun müqabilində pul alacaq, nəticədə Ermənistanın daxili təhlükəsizliyi sual altında qalacaq.

İllər keçdikcə bunun təhlükəli nəticələri də ola, bu miqrantların sayı arta bilər, son nəticədə ermənilər monoetnik Ermənistanda milli azlığa çevriləcək”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
97
Mənbələr
Şərh ()
Bağla