AZ

Çin iqtisadiyyatında birinci rübdə 5,3 faiz ARTIM

Çin iqtisadiyyatı daşınmaz əmlak bazarında davam edən tənəzzülə baxmayaraq, ilin birinci rübündə 5,3 faiz artıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Milli Statistika Bürosu (UIB) məlumat yayıb.

Hesabata görə, ölkədə Ümumi Daxili Məhsul (ÜDM) 2024-cü ilin yanvar-mart dövründə 5,3 faiz artaraq 29,63 trilyon yuana (təxminən 4,17 trilyon dollar) çatıb. 

ÜDM-da 2024-cü ilin birinci rübündə keçən ilin son rübünə nisbətən 1,6 faiz artım olsa da, son yüksəliş əvvəlki rübdəki 1,2 faiz artımı keçib. 

Qeyd edək ki, Çin iqtisadiyyatında 2023-cü il ərzində 5,2 faiz artım qeydə alınmışdı.

Aysu
Demokrat.az
Seçilən
70
Mənbələr
Şərh ()
Bağla