AZ

“Bayern Münhen” forvardını satmağa hazırdır

“Bayern Münhen”in hücumçusu Serj Qnabri Münhen klubunu tərk edə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı şəxsi “X” hesabı üzərindən tanınmış insayder Florian Plettenberq yayıb.

Xəbərə görə, sözügedən oyunçu yalnız hansısa Avropa nəhənginə keçmək perspektivi yaranacağı halda, iş yerini dəyişməyə razı olacaq. Mənbə “Bayern”in Qnabrini satmaq variantına isti yanaşdığını, lakin indilik ona qiymət qoymadığını vurğulayıb.

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 17 oyuna çıxan Serj 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilə qədərdir. “Transfermarkt” portalı 28 yaşlı Qnabrinin transfer qiymətini 45 milyon avro ilə dəyərləndirir.

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla