AZ

Slovakiya Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxıb

Slovakiyaya neytral Ukrayna lazımdır və onun NATO-ya qəbuluna qarşı çıxacaq.

SİA-nın əldə etdiyi məlumata görə, TASS xəbər verir ki, bunu baş nazir Robert Fiko deyib.

Onun sözlərinə görə, Ukraynanın NATO-ya üzv olmaq istəmək və bu istəyini səsləndirmək hüququ var.

Amma bu o demək deyil ki, o, əslində alyansa üzv olacaq. …Bu, onların sərbəst qəbul etdiyi qərar olacaq. Biz deyirik ki,Ukraynanın NATO-ya qəbulu ilə bağlı sənədləri parlamentdə ratifikasiya etməyəcəyik, çünki Slovakiyaya neytral Ukrayna lazımdır. Ukrayna NATO-ya üzv olarsa, Slovakiyanın maraqları təhlükə altına düşəcək.

Bunu slovakiyalı baş nazir Robert Fiko deyib.

Nazlı

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla