AZ

Tiflisdə qarşıdurma: xüsusi təyinatlılar hərəkətə keçdi

Gürcüstanın paytaxtı Tiflisdə etiraz aksiyaları davam edir.

Bakupost.az gürcü KİV-ə istinadla xəbər verir ki, aksiya iştirakçıları hakim "Gürcü Arzusu" partiyasının yenidən parlamentə təqdim etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə etiraz edirlər.

Onlar parlamentin qarşısındakı Rustaveli prospektini avtomobillərin hərəkəti üçün bloklayıblar. Əraziyə çoxlu sayda polis əməkdaşı cəlb edilib, təhlükəsizlik tədbirləri gücləndirilib.

Son məlumatlara görə, parlament binasının girişi qarşısında etirazçılarla polislər arasında növbəti qarşıdurma baş verib.

Etirazçılar deputatların və parlament əməkdaşlarının iş yerlərini tərk etmələrinin qarşısını almaq üçün binanın girişində mövqe tutublar.

Polis onlardan ərazidən uzaqlaşmalarını tələb edib, lakin etirazçıların buna məhəl qoymadıqları üçün qarşıdurma yaşanıb. Parlament binası qarşısına xüsusi təyinatlı qüvvələr yeridilib.

Zaur, BakuPost
Seçilən
203
6
Mənbələr
Şərh ()
Bağla