AZ

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sənayesi Türkiyənin artan nüfuzuna ciddi töhfə verir

Rəcəb

Ankara, 16 aprel, AZƏRTAC

Türkiyənin müdafiə sənayesi son dövrdə nəhəng layihələrə imza atıb. Ölkəmizin bu sahədə idxaldan asılılığı sürətlə azalıb.

AZƏRTAC xəbər verir ki, bunu Ankarada keçirilən hökumət iclasının yekunlarına dair brifinqdə çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan deyib.

O, Türkiyənin müdafiə sektorunun artan gücünə diqqət çəkib, dövlətin bu sahənin inkişafına xüsusi dəstək verdiyini vurğulayıb. Bildirib ki, hazırda Türkiyədə 90 milyard ABŞ dolları həcmində 850 müxtəlif müdafiə təyinatlı layihə icra olunur. Dövlət başçısının sözlərinə görə, Türkiyə istehsalı 230 növ silah, müdafiə sistemi və hərbi avadanlıq 185 ölkəyə ixrac edilir.

“Müdafiə sənayemiz dövlətin gücünə və Türkiyənin dünyada artan nüfuzuna ciddi töhfə verir. Müasir Türkiyə müdafiə sahəsində daxili tələbatı qarşılayan ölkəyə çevrilib”, - deyə Prezident Ərdoğan vurğulayıb.

2012-ci ildən bu günə kimi 50 ölkə ilə PUA satışına dair 770 müqavilənin imzalandığını bildirən Türkiyə lideri, yalnız 2023-cü il ərzində ölkədən 1,8 milyard ABŞ dolları həcmində pilotsuz uçuş aparatının ixrac edildiyini deyib. “Türkiyə Akıncı, TB2, AKSU və bu kimi digər müasir pilotsuz uçuş aparatlarına, texnologiyalarına sahib dünyanın 3 lider dövlətindən birinə çevrilib. Müdafiə sektorumuz, eyni zamanda, kamikadze-PUA-ları istehsal edir”, - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.

O, həmçinin bildirib ki, Türkiyədə istehsal olunan yüngül atıcı silahlar 110 ölkəyə ixrac edilir.

Ramin Abdullayev

AZERTAC -ın xüsusi müxbiri

Ankara

Seçilən
80
50
Mənbələr
Şərh ()
Bağla