AZ

“Mançester Yunayted”in keçmiş futbolçusunu yanına aparmaq istəyir

“Mançester Yunayted”in keçmiş futbolçusu Qabriel Hayntse Mikel Artetanın “Arsenal”dakı məşqçilər korpusuna qoşula bilər.

Sportinfo.az ESPN-ə istinadən xəbər verir ki, argentinalı mütəxəssis növbəti mövsüm başlamazdan əvvəl məşqçilər korpusuna qoşulmaq üçün Arteta ilə danışıqlar aparıb.

Hayntse 2007-ci ildə “Mançester Yunayted”lə İngiltərə Premyer Liqasının qalibi olub. O, bundan sonra “Real”a transfer olunmuşdu.

Hayntse karyerası ərzində PSJ, “Roma” və “Marsel” kimi komandalarda da oynayıb.

Seçilən
86
Mənbələr
Şərh ()
Bağla