AZ

Bleyk Qriffin karyerasını bitirdi

Bleyk Qriffin peşəkar basketbolçu karyerasını bitirdiyini açıqlayıb.

İdmanxeber.az məlumat verir ki, 35 yaşlı Qriffin 2009-cu ildə “Los Anceles Klippers” tərəfindən NBA draftında 1-ci sıra seçilib. O, karyerasının ən parlaq vaxtlarını da Los Anceles komandasında keçirdib.

Qriffin 6 dəfə NBA All-Star seçilib. O, 2011-ci ildə dank yarışmasında qalib olmağı bacarıb.

 

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla