AZ

“Bayden İranla müharibə istəmir” – Ağ Ev


“ABŞ Prezidenti Co Bayden İranla müharibə və Yaxın Şərqdə münaqişənin dərinləşməsini istəmir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə danışıb.
“Prezident bunu görmək istəmir, bunu əvvəllər də deyib. O, İranla müharibə görmək istəmir, münaqişənin genişlənməsini və ya dərinləşməsini istəmir”, - Kirbi deyib.
Onun sözlərinə görə, İsrailin zərbələri uğurla dəf etməsi onun nə qədər güclü olduğunu və həmçinin İranın hücumunun tamamilə uğursuz olduğunu nümayiş etdirir.
Seçilən
51
4
Mənbələr
Şərh ()
Bağla