AZ

Ərdoğan: Bölgədəki ocağı alovlandırmaq heç kimə fayda verməyəcək” - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili müxtəlif təxribatlarla Yaxın Şərq münaqişəsini genişləndirməkdə ittiham edib.

Bizim.Media xəbər verir ki, Ərdoğan bu barədə Nazirlər Kabinetinin iclasından sonra çıxışında danışıb.

O qeyd edib ki,Türkiyə Qəzzaya ən böyük humanitar yardım edən ölkə kimi mövqeyini gücləndirib:

“Türkiyə bu gün 3774 ton humanitar yardımla 9-cu gəmisini Qəzzaya göndərib. Bölgədəki ocağı alovlandırmaq və davamlı olaraq Baş nazir Benyamin Netanyahu administrasiyasına əl atmaq heç kimə fayda verməyəcək. Netanyahu öz siyasi fəaliyyətinin müddətini artırmaq üçün vətəndaşların həyatını təhlükəyə atır”.
Türkiyə prezidenti həmçinin bildirib ki, İranın İsrailə qarşı əməliyyatı Qərbin ikili standartlarının nəticəsidir.
 


Bizim.Media

Seçilən
64
1
Mənbələr
Şərh ()
Bağla