AZ

Estoniya millisinin üzvü Azərbaycan klubuna lazım olmadı

Mövsümün sonu “Sumqayıt”dan ayrılacaq ilk futbolçunun adına aydınlıq gəlib.

Söhbət komandanın hücumçusu Erik Sorqadan gedir.

Baş məşqçi estoniyalı forvardın çıxışından narazıdır.

Bu səbəbdən yayda müqaviləsi başa çatacaq 24 legionerlə yollar ayrılacaq.

Erik 2023-cü ilin yayından “kimyaçılar”ın şərəfini qoruyur.

Estoniya millisinin üzvü “Sumqayıt” formasında meydana çıxdığı 24 oyunda 5 qol, 2 asistlə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla