AZ

Kriştiano Ronaldo iki oyunluq cəza alacaq

Kriştiano Ronaldo iki oyunluq cəza alacaq

Portuqaliya milllisinin və "Əl-Nəsr"in klubunun hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinalında "Əl-Hilal"la oyunda (1:2) qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün iki oyunluq cəzalandırılacaq.

BAKU.WS-in xəbərinə görə, bu barədə "Asharq Al-Awsat" məlumat yayıb.

Bildirilib ki, Səudiyyə Ərəbistanı Futbol Federasiyasının nizam-intizam komitəsi Ronaldonun iki oyunluq diskvalifikasiyası ilə bağlı qərar verəcək.

Eyni zamanda komitə portuqaliyalını matçdakı insidentlə bağlı sorğu-sual edib və futbolçu haqsız yerə qırmızı vərəqə aldığını bildirib.
Xatırladaq ki, görüşün 86-cı dəqiqəsində Ronaldo rəqibinə dirsək vurduğuna görə birbaşa qırmızı vərəqə alıb. Portuqaliyalı meydandan qovulduqdan sonra kapitan sarğısını partnyoruna tərəf atıb, arxasını çevirərək hakimə tərəf yelləyib.

Bu mövsüm Ronaldo bütün turnirlərdə 37 matçda iştirak edib, 36 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
95
37
Mənbələr
Şərh ()
Bağla