AZ

Birləşmiş Ərəb Əmirliklərinə güclü yağışlar yağır, uçuşlar təxirə salınıb

Birləşmiş

Bakı, 16 aprel, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yağan güclü yağışlar bəzi yaşayış məntəqələrində ciddi daşqınlara səbəb olub. Fəlakətdən zərər çəkmiş ərazilər arasında ölkənin ən böyük şəhəri olan Dubay da var. Yağışlar aprelin 15-i axşam saatlarından bəri dayanmır.

AZƏRTAC “Khaleej Times” nəşrinə istinadla xəbər verir ki, hava şəraiti səbəbindən Dubay Beynəlxalq Hava Limanında ən azı 17 mütəmadi reys ləğv olunub. Gün ərzində reyslərin ləğvi, gecikmələr və reyslərin istiqamətlərinin dəyişdirilməsi qeydə alınıb.

Bir sıra şəhərlərdə ictimai yerlərin ziyarəti ilə bağlı məhdudiyyətlər tətbiq olunub, dəniz və avtobus nəqliyyatının hərəkətı isə bəzi istiqamətlərdə dayandırılıb.

BƏƏ Futbol Assosiasiyası fövqəladə vəziyyətlə bağlı aprelin 16-na planlaşdırılan bütün oyunların başqa vaxta keçirilməsi ilə bağlı qərar qəbul edib.

Al-Ayn şəhərindəki Al-Kua rayonunda baş vermiş sürüşmə böyük çuxura çevrilən yolun çökməsinə səbəb olub.

Birləşmiş Ərəb Əmirliklərinin səlahiyyətli orqanları əhaliyə müraciət ediblər ki, insanlar bu çərşənbə axşamı gözlənilən qasırğa səngiyənə qədər zərurət olmadıqca evlərini tərk etməsinlər.

 

Seçilən
98
2
Mənbələr
Şərh ()
Bağla