AZ

Moskvada hazırlıq tamamlandı – Mayın əvvəlində Ermənistana qarşı...

Rusiya Ermənistana qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.

“Rusiya yaxın vaxtlarda Ermənistana qarşı irimiqyaslı iqtisadi sanksiyalar tətbiq edəcək. Ermənistanın hakimiyyət orqanları bundan xəbərdar olsalar da, panika yaratmamaq üçün ictimaiyyətə məlumat vermirlər.

Baş nazirin müavini Mqer Qriqoryan hakim partiyanın qapalı iclasında bəyan edib ki, Moskva artıq mayın əvvəlində Yuxarı Larsı bağlamaq və Ermənistan kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracını qadağan etmək niyyətindədir”, - nəşr bildirir.

Məlumatda qeyd olunur ki, kənd təsərrüfatı mövsümünün əvvəlində Rusiyanın belə bir addım atması erməni fermerləri və ixracatçıları üçün ağır zərbə olacaq:

“Ermənistan hakimiyyətinin B planı yoxdur. Üstəgəl, son vaxtlar Ermənistanın Rusiyadan iqtisadi asılılığı dərinləşib, Ermənistanın kənd təsərrüfatı məhsulları və əsas ixrac məhsulları Rusiyaya göndərilir.

Paşinyan hökuməti ərəb və Avropa ölkələrinin erməni məhsullarına alternativ ola biləcəyini təqdim etməyə çalışır, amma məhsulların keyfiyyət komponenti də nəzərə alınmalıdır.

Ermənistan ərəb ölkələrinə almaz və digər qiymətli materiallar ixrac edir, bunları Rusiyaya ixrac etmək mümkün deyil, yaxud orada bunlara ehtiyac yoxdur. Erməni fermerləri və ixracatçılarının məhsullarının 90 faizi və ya daha çoxu Rusiyaya ixrac olunur və on minlərlə insanın dolanışığını təmin edir.

Yuxarı Larsın (Ermənistan-Gürcüstan-Rusiya yolu) bağlanması durumunda Ermənistanda əsl sosial iğtişaş yaranacaq”.

“Past” ərəb ölkələri və Avropanın Ermənistanın keyfiyyətsiz məhsulları üçün qapılarını açmaq istəmədiklərini vurğulayır.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
87
14
Mənbələr
Şərh ()
Bağla