AZ

Ərdoğan: "İranın İsrailə hücumuna görə məsuliyyəti ilk növbədə Netanyahu daşıyır"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, aprelin 13-də İranın İsrailə hücumuna görə məsuliyyəti ilk növbədə İsrailin Baş naziri Benyamin Netanyahu daşıyır.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə, o, Nazirlər Kabinetinin iclasından sonra xalqa meraciətində bildirib.

Ərdoğanın sözlərinə görə, Netanyahu öz siyasi ömrünü uzatmaq üçün həm öz vətəndaşlarının, həm də bölgədəki bütün insanların həyatını təhlükəyə atır.

Seçilən
88
9
Mənbələr
Şərh ()
Bağla