AZ

Xəzər dənizində süni adalar yaradılırTƏFƏRRÜAT/VİDEO

Xəzər dənizində süni torpaq sahələrinin yaradılmasının təfərrüatları məlum olub. 

Xezerxeber.az-ın məlumatına görə, Milli Məclisə daxil olan qanun layihəsində qeyd edilir ki, dənizdə süni torpaq sahələri müxtəlif istifadə məqsədləri ilə beynəlxalq təcrübədə mövcud olan nümunələr əsasında yaradılacaq.

Millət vəkili Asim Mollazadə deyib ki, dənizdə tökmə torpaq üzərində yaraılacaq tikinti obyektlərinin təyinatı müxtəlif ola bilər. Bundan başqa, Xəzərin suyundan maksimum səmərəli istifadə də hədəflənir.

Millət vəkilinin sözlərinə görə, gələcəkdə həm də Xəzər dənizinin suyundan suvarmada istifadə ediləcək.

Sənəddə həmçinin süni torpaq sahələrinin yaradılma formaları və buna dair ümumi tələblər, süni torpaq sahəsinin yaradılması üçün müraciət və müraciətə baxılması qaydaları öz əksini tapıb. Layihə beynəlxalq təcrübəyə əsaslanaraq ölkə konstitusiyasına və konvensiyalara uyğun hazırlanıb. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
43
2
Mənbələr
Şərh ()
Bağla