AZ

Bomba təhlükəsi: Ədliyyə Sarayı boşaldıldı

Belçikanın paytaxtı Brüsseldəki Ədliyyə Sarayı bomba təhlükəsi ilə əlaqədar boşaldılıb.

Demokrat.az
xəbər verir ki, bu barədə ölkənin rəsmi xəbər agentliyi “Belqa” məlumat yayıb.

Məlumata görə, Poelaert Meydanında yerləşən Brüssel Ədliyyə Sarayında bomba olması ilə bağlı polisə məlumat verilib.

Bildirişdən sonra binada axtarış və təxliyə prosesinə başlanılıb. 

Qeyd edək ki, hadisə ilə bağlı sosial şəbəkələrdə də videolar yayılıb.

Hadisə yerindən paylaşılan videolarda vətəndaşların sözügedən binadan uzaqlaşdığı görünür.

Aysu
Demokrat.az
Seçilən
52
Mənbələr
Şərh ()
Bağla