AZ

"Rus dili ilə mübarizə aparmaq axmaqlıqdır" - Tokayev

Bəzi ölkələrdə olduğu kimi, rus dili ətrafında isteriya qızışdırmaq və onunla mübarizə aparmaq axmaqlıqdır.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Kostanay vilayətinə səfəri zamanı deyib.

“Bəzi ölkələrdə olduğu kimi dil ətrafında isterika yaratmaq, xüsusən də ona qarşı mübarizə aparmaq axmaqlıqdır. Biz bütün bunların nəticəsində indi onların nəyə sahib olduğunu görürük”, -  deyə Tokayev region sakinləri ilə görüşündə bildirib.

Qazaxıstan prezidenti bu məsələ ilə bağlı mövqeyinin tolerantlığını vurğulayıb. “Konstitusiyamıza görə, dövlət dili qazax dilidir, rus dili konstitusiyaya əsasən qazax dili ilə bərabər istifadə olunur, rəsmi dil funksiyalarını yerinə yetirir. Ona görə də burada heç bir ziddiyyət yoxdur necə rahatdır, elə danışmaq lazımdır”, - Qazaxıstan rəhbəri qeyd edib.

Seçilən
58
1
Mənbələr
Şərh ()
Bağla