AZ

“Qarabağ” Rusiyada çempionluq uğrunda mübarizə aparardı – Andrey Lunyov

“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya mətbuatına müsahibə verib. Msport.az xəbər verir ki, 32 yaşlı qolkiper Ağdam klubu, Murad Musayev və bir çox maraqlı mövzulardan danışıb.

– Siz demişdiz ki, “pul heç də ən vacibi deyil”. Bəs ən vacibi nədir? 

-Ailə. Mənim üçün ailənin komfortu əsas prioritetdir.

-Pul da ailənin komfortudur. 

-Sözsüz. Amma bir çox ölkələr və çempionatlar var ki, yaxşı şərtlər irəli sürə bilərlər, lakin ailə məişət baxımından orda rahat olmayacaq. Məhz spesefik məsələlərə görə.

-Azərbaycan mediasının xəbərlərinə görə, sizin “Qarabağ”dakı maaşınız “Zenit”dəkindən beş dəfə azdır. 

-Mən özümü komfortlu hiss edirəm. Həm də seçim elə də geniş deyildi. Rusiyadan variantlar çıxmışdı, lakin Avropada qalmaq istəyirdim.

-Murad Musayev dedi ki, “Qarabağ” Rusiya çempionatında 1-ci yer uğurunda mübarizə aparardı. Siz necə düşünürsüz? 

-Razıyam. Çempionluq uğrunda mübarizə aparardı, minimum “üçlük” üçün. Yeganə məqam Rusiya futbolunun öz spesefikasıdır. O daha qapalı və sərtdir. “Qarabağ”a bu cür şərtlərdə baxmaq maraqlı olardı, uzaq məsafəli səfərlərdə necə olardı? Bəlkə də indi Rusiyada çox şey dəyişib, amma mən “Zenit”də olanda komandaların çoxu topu rəqibə verib ona nəzarət etmək istəmirdilər.

-Azərbaycanda belə deyil? 

-Azərbaycanda sadəcə bizdən topu ala bilmirlər, hərçənd bunun üçün çalışırlar. Topu saxlayaraq, pressinqdən çıxmağa cəhd edirlər.  Uzun ötürmələrə və yalnız standartlara ümid etmirlər. Burada yüksək pressinq etməyə çalışırlar: çox az komanda sadəcə arxada oturur. Bu məni təəccübləndirdi. Deməzdim ki, hansısa komanda ilə çox rahat oynayırıq, hərçənd ki, 5:0, 7:0 udduğumuz oyunlar olur. Oyunlar maraqlı anlarla zəngindir – sadəcə futbolçuların ustalıq səviyyəsi və taktiki gedişlər öz təsirini göstərir.

Seçilən
77
Mənbələr
Şərh ()
Bağla