AZ

Dünyasını dəyişən 11 yaşlı Ruslanın "Qarabağ"la bağlı son arzusu... - FOTOLAR

Bir neçə gün əvvəl Xırdalan 1 nömrəli tam orta məktəbin 4 b sinif şagirdi- Kərimov Ruslan Elşən oğlu uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Ruslan məktəbin fəal şagirdi və dərs əlaçısı olub. Nümunəvi davranışı, səmimi münasibətinə görə müəllimlərin və şagirdlərin sevimlisiymiş.

O, həm də futbola olan sevgisi ilə həmyaşıdlarından fərqlənirmiş. “Qarabağ”a azarkeşlik edən Ruslanın son arzularından biri klubun imzalı formasına sahib olmaq olub.

Azərbaycan Azarkeşlər Birliyinin rəhbəri Atanur Cəfərli ölümündən bir müddət əvvəl Ruslanın arzsunu həyata keçirib.

Bu barədə onun Atanur bəy saytımıza məlumat verib.

Belə ki, uşağın dayısı məsələ ilə bağlı Cəfərliyə müraciət edib. O da “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin yardımı ilə Ruslanın arzusunun həyata keçməsində vəsilə olub.

Allah rəhmət eləsin!

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
93
Mənbələr
Şərh ()
Bağla