AZ

Festivalda "Qırğın" - faciədən sağ çıxan 50 nəfər intihar edib

Oktyabrın 7-də “qara şənbə” günü Qəzza ilə həmsərhəd Reim bölgəsi yaxınlığında baş tutan Nova musiqi festivalında HƏMAS terrorçuları İsraillə hücum edərək qanlı qətliam törədiblər. Yaraqlılar geridə yüzlərlə qurban və geniş dağıntılar qoyub, sağ qalmağı bacaranlar hələ də ciddi psixoloji sarsıntı keçirirlər.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə Aleksey Jeleznyov Telegram kanalında məlumat verib.

Faciədən sağ çıxan 50 nəfər isə psixoloji vəziyyətlərinin öhdəsindən gələ bilməyib və intihar edib. Terrorçulardan xilas olmuş bir çox digər israillilər kəskin posttravmatik stress pozğunluğundan əziyyət çəkirlər və normal işləyə və ya istirahət edə bilmirlər, lakin bu insanlar hökumətdən kömək və qayğı almaq üçün əlavə bürokratik çətinliklərlə də üzləşməli olurlar.

Qeyd olunur ki, bu insanlar mütəmadi olaraq panik ataklarla mübarizə aparır və işlərini itirirlər, lakin festivalda yaşadıqları “qırğın”dan sonra Bituax Leumi” tibb komissiyalarına psixoloji və psixiatrik problemlərinin olduğunu sübut edə bilmirlər. Bu cür yardım almaq üçün aylarla növbə gözləmək lazımdır;

Seçilən
93
Mənbələr
Şərh ()
Bağla