AZ

"Zirə"nin kapitanı: "Həmin matçlar bizim üçün finala bərabər olacaq"

"Zirə" Azərbaycan Premyer Liqasının XXX turu çərçivəsində "Sumqayıt"ın qonağı olub. Matç qolsuz bərabərlikla başa çatıb,

Qəsəbə təmsilçisinin kapitanı Qismət Alıyev "FutbolPress"ə açıqlamasında oyun haqda fikirlərini bölüşdü:

"Bizi çətin oyun gözlədiyini bildirdik. Çünki "Sumqayıt" son turlarda yaxşı oyun sərgiləyirdi. Turnir cədvəli baxımındanda önəmli qarşılaşma idi. Qələbə qazanıb aramızdakı xal fərqini artırmaq istəyirdik. Düzdür, istədiyimiz 3 xalı qazana bilmədik, amma heç-heçə də yaxşı nəticə idi".

Alıyev növbəti turda "Neftçi" ilə qarşılaşma barədə də fikirlərini bildirdi:

"Hazırlıq yüksək səviyyədə gedir. Komanda həvəslə "Neftçi" ilə oyuna hazırlaşır. Hər iki kollektiv üçün vacib oyun olacaq. Biz də maksimum çalşıb oyundan sərfəli nəticə ilə ayrılmaq istəyirik".

Yarımmüdafiəçi ölkə kubokunun yarımfinalında "Qəbələ"yə qarşı cavab matçında şansları dəyərləndirdi:

"Neftçi" və "Qəbələ" ilə oyunlar bizim üçün olduqca önəmlidir. Kubokun birinci oyununda gördük ki, "Qəbələ" olduqca təhlükəli klubdur. Sona qədər döyüşən futbolçuları var. Sxadadze komandaya təyin olunandan sonra "Qəbələ" hər oyun 3 xala yaxın olub. Lakin xırda səhvlər buna mane olub. Kubok oyununda şanslar yarı-yarıyadır".

Futbolçu avrokubokda çıxış etmələri üçün əllərindən gələni edəcəylərini qeyd etdi:

"Həm kubokda, həm də Premyer Liqada yüksək nəticə qazanmaq üçün şanslarımız var. Öncəliklə kubokda finala çıxmaq üçün hər şeyi edəcəyik. Daha sonra çempionatda 5 oyunumuz qalır. Həmin matçlar bizim üçün finala bərabər olacaq. Avropa Liqası və ya Konfrans Liqasında çıxış etmək niyyətindəyik".

Məlik Məlikov
Seçilən
101
Mənbələr
Şərh ()
Bağla