AZ

Məşhur müğənni səhnədə çətin anlar yaşadı

Keçən həftələrdə omba labrum əzələsindəki yırtıqdan əməliyyat olunan türkiyəli müğənni Aydilgə səhnələrə geri qayıdıb.

Demokrat.az
xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb.

Bildirilib ki, sadəcə tutacaq ilə yeriyə bilən müğənni aylar əvvəl söz verdiyi TEDx konfransını ləğv etməyib və çətinliklə çıxış edib. 

O, çıxışının sonunda hazırki vəziyyətin çətinliyindən danışıb:

“Bu günlərdə sanki həyatım alt-üst olub, amma oxuduğum bir ifadə məni özümə qaytardı. Bir yazıçıya məxsus olan “Həyatın alt-üst oldu deyə kədərlənmə, sən haradan bilirsən ki, altı üstündən yaxşı deyil?” məhz bu ifadə, mənə ayağa qalxmaqda kömək oldu”.

Müğənni həmçinin aprelin 23-də əməliyyat sonrası ilk konsertinin baş tutacağını bildirib:

“Konsert üçün bütün hazırlıqlar davam edir. Lakin hələ də tutacaqsız yeriyə bilmirəm. Səhnədə ayaqda dura bilmək üçün fizioterapiyaya davam edirəm”.

Aysu
Demokrat.az
Seçilən
104
Mənbələr
Şərh ()
Bağla