AZ

“Tottenhem” ukraynalı oyunçunu transfer etmək istəyir

”Tottenhem” heyətini Georgi Sudakovla gücləndirmək istəyir.

İdmanxeber.az məlumat verir ki, London klubunun yaydakı əsas hədəflərindən biri ukraynalı olacaq. “Şaxtyor” Sudakov üçün 70 milyon avro tələb edir.

21 yaşlı oyunçu Donetsk klubunun yetirməsidir. O, bu mövsüm bütün turnirlərdə 28 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla