AZ

Pakistan Əfqanıstana başsağlığı verdi

Pakistan hakimiyyəti Əfqanıstanda uzun sürən leysan yağışlar zamanı baş verən daşqınlar nəticəsində həlak olanların ailələrinə başsağlığı verir.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Pakistan hökuməti və xalqı Əfqanıstanın bir sıra əyalətlərində leysan yağışlar və daşqınlar nəticəsində qiymətli insanların həyatının və dolanışıq vasitələrinin itkisi, eləcə də maddi ziyana görə dərin hüznlə başsağlığı verir”, - Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Yusif EYVAZLI

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla