AZ

Fiziologiya üzrə doktorantura və dissertanturaya hazırlaşanların nəzərinə

Fiziologiya

Bakı, 16 aprel, AZƏRTAC

Elm və Təhsil Nazirliyi akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu Nazirlər Kabinetinin 2024-cü il 27 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2024-cü il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul planı”na əsasən qəbul elan edir.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, doktorantura və dissertanturaya qəbul “İnsan və heyvan fiziologiyası”, “Biokimya” ixtisasları üzrə əyani, qiyabi, büdcə hesabına və ödənişli əsaslarla həyata keçirilir.

Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənəd qəbulu Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi (TMİS) vasitəsilə elektron qaydada həyata keçirilir.

Seçilən
35
2
Mənbələr
Şərh ()
Bağla