İdman
Cavid İmamverdiyev poker etdi, "Kür-Araz" darmadağına sevindi
Bu gün Azərbaycan II Liqasında XXI turun daha iki oyunu keçirilib.
Futbolpress.az xəbər verir ki, "Kür-Araz" bu turda "Şəfa"nı darmadağın edib.
Turnir cədvəlinin ikinci sırasında yer alan "Cəbrayıl" Ağdaş səfərindən qələbə ilə dönüb.
Azərbaycan II Liqası
XXI tur
16 aprel
Şəfa - Kür-Araz 0:6
Qollar: Nicat Fərəcli, 17, Cavid İmamverdiyev, 36, 41, 52, 68, Ramazan Abbasov, 43
Ağdaş - Cəbrayıl 1:3
Qollar: Elvin İsmayılov, 80 - Əli Nəcəfli, 45+1, Ruslan Voronsov, 70, Elşad Əliyev, 90+1