AZ

Həbs olunan iş adamının şirkəti məhkəmədə - "Şərurlu İsfəndiyar"da cavabdeh kimi dindiriləcək

Abşeron rayonunda hündürmərtəbəli binaların tikintisi ilə məşğul olan "Progress-2016" Mənzil Tikinti Kooperativi məhkəməyə verilib. 

Qaynarinfo-nun məlumatına görə, iddiaçılar Səməndərov Tofiq Barat oğlu və Məcidova Vəfa Rafiq qızıdır. 

Cavabdeh qismində isə "Şərurlu İsfəndiyar" kimi tanınan İsfəndiyar Axundov da məhkəmədə dindiriləcək. 
 


İşə Abşeron Rayon Məhkəməsinin hakimi Məlahət Abbasovanın sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, 2022-ci ildə qanunsuz mənzil satışı ilə məşğul olmağa görə "Progress-2016" MTK-nın direktoru, iş adamı Səməndərov Emil Tofiq oğlu həbs edilib. Elə həmin il Emil Səməndərov Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Əhməd
Seçilən
37
3
Mənbələr
Şərh ()
Bağla