AZ

Qazaxıstanda daşqınlara görə qənaət rejimi tətbiq edilib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev daşqınlardan zərər çəkmiş vətəndaşlara yönəldilməsi üçün dövlət vəsaitlərinə ciddi qənaət rejimi tətbiq edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir.

Tokayev zərərçəkənlərə təzminat ödənilməsini ən başlıcası adlandırıb və hər kəsə lazımi yardım göstəriləcəyini əmin edib. O, vəsaiti həm mənzilini itirənlər, həm də təmirə ehtiyacı olanlar alacağına aydınlıq gətirib.

...Kim mənzilə köçmək istəyirsə, onu alıb, mənzillə təmin edəcəyik. Olduğu yerdə qalmaq istəyənlər, lakin heç bir halda təhlükəli yerlərdə qalmasınlar, biz həmin insanlar üçün standart evlər tikəcəyik. Belə evlərin dizaynı var. Bu evlər yay boyu və qışa qədər kütləvi şəkildə tikiləcək.

Qeyd edək ki, Tokayev bunu Kostanay vilayətinin sakinləri ilə görüşündən sonra bildirib.

O qeyd edib ki, artıq hökumət qarşısında yay-payız dövründə tikintiyə başlamaq və fəlakətin nəticələrini tam aradan qaldırmaq vəzifəsi qoyub.

Xatırladaq ki, aprelin 4-də Ural çayı məcrasından çıxıb. Daşqın son 80 ilin ən pis hadisəsi olub. Rusiya və Qazaxıstanın bir sıra regionları bundan əziyyət çəkib.

Nazlı

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla