AZ

Erkən yaşda makiyaj edənlərə XƏBƏRDARLIQ

Həddindən artıq makiyaj və kosmetikadan istifadə yaşlı insanlarda olan dəri problemlərinin gənclərdə də yaranmasına gətirib çıxarır.

Demokrat.az
xarici KİV-ə istinadən xəbər verir ki, xüsusən də ucuz məhsullardan istifadə edənlər dərisini zədələyir. 

Belə ki, makiyaja maraq təkcə gənclər arasında deyil, uşaqlar arasında da artıb. 

Xüsusilə tərkibi bilinməyən makiyaj materiallarından istifadə uşaq və gənclərdə dəri problemlərinə səbəb olur. 

Dermatologiya Mütəxəssisləri bildirir ki, erkən yaşda makiyajdan istifadə dərinin ən xarici təbəqəsini, dəri baryerini zədələyir. 

Uşaqlıq bu vəziyyətdən təsirlənmək baxımından daha həssas bir dövrdür.

Son göstəricilərə əsasən, makiyaj və kosmetikadan istifadə 40 yaşdan yuxarı insanlarda dəri baryeri problemlərinin 18 yaşına enməsinə səbəb olub.

Dəri baryerinin çökməsi özü ilə başqa xəstəlikləri də gətirir. Bu xəstəliklər də uzunmüddətli müalicə tələb edir.

Aysu
Demokrat.az
Seçilən
40
1
Mənbələr
Şərh ()
Bağla