AZ

“Vaz” sürücüsü qəzaya səbəb oldu – ANBAAN VİDEO

Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polis İdarəsi məlumat yayıb.  

Bildirilib ki, “Vaz” markalı avtomobilin sürücüsü maşını yüksək sürətlə idarə etdiyi üçün işıqforda idarə etməni itirib. Belə ki, qarşısındakı maşını vurmamaq üçün sağa manevr edib. Lakin yüksək sürətə görə maşını saxlaya bilməyib. Nəticədə sağda dayanan avtomobillə toqquşub.

Qeyd edək ki, sürücülər məsuliyyətli olmalı, qaydalara və sürət həddinə əməl etməlidir. Sözügedən hadisədə bu iki faktorun necə mühum rola malik olduğu aydın görünür.

Məhəbbət Tərlanoğlu

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla